Arvadını döyərək öldürdü

  • By admin
  • 19 İyul 2016 12:21

cc

 

Naxçıvanda qətl törədilib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Şərur rayonu Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Vəli Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı 1989-cu il təvəllüdlü Cavidə Məmmədovanı döyüb. Xəstəxanaya yerləşdirilən C. Məmmədova orada ölüb.

Hadisəni törədən V.Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info