Arvadını döyən erməni əsilli boksçu həbs edildi

  • By admin
  • 01 Oktyabr 2019 09:26

Erməni əsilli amerikalı boksçu Vanes Martirosyan arvadını döydüyü üçün həbs edilib.

Gununsesi.org “TMZ”yə isitnadən xəbər verir ki, həyat yoldaşı ilə mübahisə zamanı onun əllərini tutan idmançı üzünə zərbə vurub. Qadın evdən qaçmağı bacarıb. Hadisə yerinə gələn polis protokol tərtib edib. Əllərində göyərmə, burnunda travma olan qadına tibbi yardım göstərilib.

Martirosyana qarşı məişət zorakılığı maddəsi üzrə ittiham qaldırılıb.

Gununsesi.org