Polis şöbəsində həyat yoldaşını gülləyən polis əməkdaşı qətldən bir gün əvvəl xanımını döyüb.
Gununsesi.info bildirir ki, bu barədə qətlə yetirilən şəxsin qardaşı Aqil Əliyev açıqlama verib:
Ərinin iş yerinə şikayətə gedib, əcəb olub öldürüb deyən “canlılar” oxuyun və şəkillərə baxın…
Polisin qətlə yetirdiyi Xanımın qardaşı daha sonra deyib:
“Axşam 102 Çağrı Mərkəzinə yığıb şikayət edib, onlar da ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə çağırıb. Bacım deyib ki, qorxuram, gəlmək istəmirəm, siz şikayətimi qəbul edin, sonra gəlib ərizə yazaram. Onlar isə deyib ki, sizin təhlükəsizliyiniz tam təmin ediləcək, narahat olmayın. Sentyabrın 30-da bacım iki uşağı və bibimi də götürüb səhər saat 8-də gedib Şöbəyə. Şöbədə tədqiqatçının yanında ərizə yazıb. Daha sonra tədqiqatçı deyib ki, yoldaşınızı da çağıraq, onun da izahatını alaq. Bacım yalvarıb ki, çağırmayın, mən gedim, sonra onun izahatını alarsınız. Tədqiqatçı isə deyib ki, “narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burada sizə heç kim heç nə edə bilməz”.
Aqil Əliyev bildirib ki, ailə qurduqları 8 il ərzində Xanım Məmmədova dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb:
“Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olub və ailə qurmuşdular. Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq, deyirdik körpə övladları var, onların sonrakı taleyi necə olacaq bəs!? Bacım bir neçə uşaqlarıda götürərək evdən qaçaraq Bakıda yaşayan qardaşımın evinə sığınıb. Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzr istəyib və birdə belə halın təkrarlanmayacağına söz verərək bacımla barışıblar. Bacım dəfələrlə əri tərəfindən döyülsə də polisə şikayət etməyi düşünmürdü.
Lakin sonuncu dəfə bacımı dubinka ilə möhkəm döymüşdü. Bacım da uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə getmişdi. Bunu bilən İsmayıl Məmmədov da arvadının dalıyca 24-cü Polis Şöbəsinə gedərək bacıma hücum edib. Bunu görən polis əməkdaşları onu sakitləşdirib və şöbənin həyətindən çölə çıxarıblar. Daha sonra sakitləşdiyini və uşaqlarını görmək istədiyini deyərək şöbəyə daxil olub. Elə hadisə də bundan sonra baş verib. İki azyaşlı körpəsinin gözləri önündə bacımı güllələyərək qətlə yetirib”.
Gununsesi.info