Arvadını öldürdü, qonşusunu GÜLLƏLƏDİ

  • By admin
  • 09 Fevral 2022 12:00

Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.

Yevlax rayon Prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızını ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna da atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Qarayev saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Gununsesi.info