Arvadının məzarının üstündə intihar etdi – FOTO

  • By admin
  • 27 İyun 2020 11:36

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda bir kişi bir il əvvəl vəfat etmiş arvadının qəbrinin yaxınlığında başından güllələnmiş vəziyyətdə tapılıb.

Gununsesi.org bildirir ki, “HaberGlobal”ın məlumatına görə, qəbiristanlıqda silah səsi eşidən şəxslər polisə xəbər veriblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri orada başından güllə ilə vurulmuş kişini tapıblar.

İntihar etmiş şəxsin 60 yaşlı Tayfun Şikol olduğu müəyyən edilib. Onun cəsədi ekspertiza üçün morqa aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

HAYATINI KAYBEDEN TAYFUN ŞİKOL VE BİR YIL ÖNCE VEFAT EDEN EŞİ KADRİYE ŞİKOL (MURAT UÇKAÇ/AYDIN-İHA)

Gununsesi.org