Arzu Rəhimov vətəndaşları qəbul edəcək

  • By admin
  • 03 Aprel 2017 15:58

arzu

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov aprelin 19-da saat 10:00-da Xidmətin Ağcabədi rayon şöbəsində Beyləqan, İmişli, Füzuli, Ağcabədi və Ağdam rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Gununsesi.info-ya  ASHXÇDX-nin mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.

Gülnaz Qənbərli     

Gununsesi.info