Arzu Rəhimov vətəndaşları qəbul edib

Arzu Rəhimov vətəndaşları qəbul edib

Arzu

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Salyan rayonu H.Əliyev adına Mərkəzdə Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan, Saatlı və Salyan rayonlarının sakinlərini qəbul edib. Bu barədə Gununsesi.info-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Sözügedən qəbulda 45 vətəndaş dinlənilib. Vətandaşların müraciəti daha çox Xidmətin aidiyyatı şöbə və bölmələrində işə və ya həqiqi xidmətə qəbul, müharibə veteranı adının, vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub. İrəli sürülən bəzi məsələlər yerindəcə həll edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə ğötürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyat alınıb.

Gülnaz Qənbərli

COMMENTS