
“Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Arif və Leyla Yunusların, İbrahimov və Məmmədov işi üzrə ərizəçilərin məhkumluqları ləğv edilməli, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırlması üçün hökumət bütün addımları atmalıdır”.
Gununsesi.info AİHM.az-a istinadən bildirir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin bu gün elan edilən qətnaməsində belə yazılır.
Komitə, sənədi Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı toplantısının sonunda qəbul edib.
Azərbaycanla bağlı 2 qətnamə elan olunub. Digər qətnamə toplaşmaq azadlığının pozuntusu tanınan AİHM qərarlarının icra durumu haqdadır.
Həmin sənəddə vurğulanır ki, polisin və digər qurumların dinc toplantıların qarşısını almaq üçün sahib oluğu məhdudiyyətsiz səlahiyyətlərinə qarşı qanunvericilik islahatları aparılmalı, inzibati həbslərin, saxlanılmaların qanuniliyi ilə bağlı milli qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər görülməlidir.
Mətləb
Gununsesi.info