AŞ PA da Maltada öldürülən jurnalistdən danışıldı - FOTOLAR

  • By admin
  • 30 Sentyabr 2019 15:51

AŞ PA -da Sərhədsiz Reportyorlar, “Article 19” , PEN, İfex və Beynəlxalq Mətbuat İntitutunun birgə təşkilatçılığı ilə Maltada qətlə yetirilən “Malta İndependent” qəzetinin reportyoru Dafna Karyuna Maltadanın qətli ilə bağlı müzakirələr təşkil olunub.

Gununsesi.org-un xəbərinə görə, müzakirələrdə qətlin ciddi araşdırılmaması vurğulanıb.

Sərhədsiz Reportyorlar Təşkilatının təmsilçisi Rebekka Vincet bildirib ki, jurnalist peşə fəaliyyətinə görə öldürüldüyündən ifadə azadlığına hörmət edən ölkələr buna biganə qalmamalıdır:

“Bu cinayətin təhqiqatı bizi narahat edir. Çünki, əsas versiyalar araşdırılmır”.

Mərhum jurnalistin oğlu Paul Caruana Galaria da çızışında anasının peşə fəaliyyətinə görə öldürüldüyünü deyib.

O, bildirib ki, anası öz fəaliyyətində hökumətin korrupsiya fəaliyyətini araşdırıb:

“Onun işi riskli idi. Təhlükəni hər zaman gözləyirdi. Çünki, xəbərdarlıq almışdı. Bu gün mən də o fikirdəyəm ki, istintaq obyektiv getmir. Amma istintaq bir nəticəyə gəlməsə də bütün dünya əmindir ki, anam öz işinə görə qətlə yetirildi”.

Pərviz Həşimli

Fransa/ Strasburq

Gununsesi.org