AŞ PA-da Qarabağ müzakirələləri keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının bir neçə gün sonra işinə başlayacaq sessiyasında “Dağlıq Qarabağda humanitar vəziyyət” mövzusunda təcili prosedur debatının keçirilməsi nəzərdə tutulur.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasındakı mənbələr bildirib.

Bildirilir ki, bir qrup AŞ PA üzvü Qarabağda yaşanan son olayları əsas gətirərək bu təşəbbüslə çıxış edib.

Məlumatda, həmçinin təcili tələblər arasında Türkiyədəki siyasi məhbus “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” da əks olunub.

 

Gununsesi.info