
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Qrupunun həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycana səfəri çərçivəsində bir sıra vəkillərlə görüşüb.
Bu barədə Gununsesi.info-ya tanınmış vəkil Əsabəli Mustafayev bildiribdir:
“Ölkəmizdə səfərdə olan Avropa Şurasının monitorinq komitəsinin üzvləri ilə bu gün görüşümüz oldu. Görüşdə bir qrup hüquq müdafiəçisi iştirak edib. Görüşdə QHT-in fəaliyyəti, insan hüquqlarının təminatı, məhkəmələrin müstəqilliyi və bu kimi digər sahələrdəki vəziyyət müzakirə olundu.
Ümid edirəm ki, bu müzakirələr həmin sahələrdə irəliləyişlərə müəyyən müsbət təsiri olacaq”.
Gununsesi.info