AŞ PA həmməruzəçisi: “Tofiq Yaqublu mülayim insandır, xuliqanlıq ittihamından uzaq adamdır”

Avropa Şurası Parlament Assmbleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak Tofiq Yaqublunun barəsində çıxarılmış məhkəmə hökmü haqqında danışıb.

Gununsesi.info-nun xəbərinə görə, həmməruzəçi bu hökmü ədalətsiz adlandırıb:

“Avropa Şurasının məruzəçiləri bu gün bəyanatla çıxış ediblər və biz narahtlığımızı ifadə etmişik və Azərbaycan hökümətini demokratik yola dönməyə çağırmışıq. Hər bir demokratiyada müxalifətin olması zəruridir. Buna Azərbaycan da daxildir.

Hər bir demokratiyada müxalifətin olması zəruridir. Buna Azərbaycan da daxildir.
Tofiq Yaqublu isə çox mülayim bir insandır. Mən onunla bir dəfə Bakıda səfərdə ikən görüşmüşəm. Mənim fikrimcə o xuliqanlıqdan çox uzaq bir adamdır.
Bilirəm ki, hakimlər müxtəlif insanların işlərində bu ittihamdan istifadə edirlər, amma məncə onların xuliqanlıqla əlaqələri yoxdur”.
Stefan Şenak sonda onu da bildirib ki, Azərbaycan hökuməti ilə bu məsələləri müzakirə edəcəklər:
“Mən ümid edirəm ki, Azərbaycan höküməti dialoqa açıq olacaq. Bizə təzyiq yox, dialoq lazımdır. Mənim və xüsusilə də Avropa Şurasının üstünlüyü dialoqdur, biz demokratiyanı, insan haqlarını və qanun aliliyini qoruyuruq. Avropa İttifaqı kimi digər qurumların ticarət və ya cooğrafiya maraqları var. Amma biz dəyərlərimizə diqqət yetiririk və bəncə bu çox yaxşıdır. Bunun üçün də bizim dialoqa və yenə də dialoqa ehtiyacımız var”.

Gununsesi.info