AŞ PA həmməruzəçiləri Tofiq Yaqublunun azadlığa buraxılmasını alqışladı - BƏYANAT

  • By admin
  • 22 Sentyabr 2020 23:48

 

Avropa Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Bakı Apellyasiya Məhkəməsinin müxalif siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması haqqında qərarını alqışlayıblar.

Bu barədə adıçəkilən qurumdan Gununsesi.info-nun elektron ünvanına daxil olan məlumatda deyilir.

“Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”, deyə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl, Stefan Şennak və Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Sunna Ovarsdottir bildirib.

“Bu bizə ümid verir ki, Azərbaycan hakimiyyəti cənab Yaqublunun cəzası ilə bağlı narahatlığımızı həll edəcək və onun işinə ədalətli mühakimə olunması üçün Avropa Şurasının standartlarına uyğun olaraq baxacaq. Cənab Yaqublunun aclıq aksiyasını dayandırmaq qərarı da bizi sevindirir”, deyə onlar qeyd ediblər.

 

Gununsesi.info