
Avropa Şurası Parlament Assambleyasının 19-23 iyun 2023-cü il tarixlərində Strasburqda keçiriləcək sessiyasında Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi ilə bağlı təcili müzakirələr tələb olunub.
Bu barədə Gununsesi.info-ya AŞ PA-dan verilən məlumatda deyilir.
Bildirilir ki, iyunun 19-u, bazar ertəsi, saat 14:30-da keçiriləcək plenar iclasın əvvəlində Parlament Assambleyası yekun gündəliyini qəbul edəcək və bu müzakirələrin olub-olmayacağına qərar verəcək.
Qeyd edək ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan ermənilərin guya blokadaya alındığı barədə iddialar yayır. Ancaq Azərbaycan tərəfi dəfələrlə bu iddiaları yalanlayan video-foto faktları dünya ictimaiyyətinə təqdim edib.
Afət Abbasova
Gununsesi.info