AŞ PA ​​“Laçın dəhlizi”ndəki durumu müzakirəyə çıxarır

  • By admin
  • 24 Yanvar 2023 15:28

Avropa Şurası Parlament Assambleyası qış sessiyasının yekun gündəliyi qəbul edib.

Şuradan Gununsesi.info-nun elektron poçtuna daxil olan xəbərdə bildirilir ki, yanvarın 26-da cümə axşamı günorta sessiyasında (Strasburq vaxtı ilə saat 17:00-dan 20:00-dək) ​​“Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda cari müzakirələr keçiriləcək. Məlumatda o da deyilir ki, müzakirənin bu formatı hər hansı bir sənədin hazırlanmasını və ya qəbul edilməsini nəzərdə tutmur.

Mətləb

Gununsesi.info