AŞPA-nın Monitorinq komitəsi Azərbaycan nümayəndə heyətinin səlahiyyətinin təsdiq olunmasını tövsiyə edən sənədi qəbul edib.
Gununsesi.info bildirir ki, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, Almaniyadan olan deputat Frank Şvabenin təşəbbüsü ilə 30 AŞ PA üzvü belə bir vəsatətlə çıxış edib.
Onlar ölkədəki son həbsləri, Prezident seçkilərinə Avropa Şurasının dəvət olunmamasını əsas tutublar.
Monitorinq Komitəsi də qərara əsas səbəb kimi Azərbaycanın AŞPA-nı prezident seçkilərinə dəvət etməməsini göstərib.
Hüqşünas Fuad Ağayev Gununsesi.info-ya deyib ki, Azərbaycanın AŞ qarşısında belə öhdəliyi yoxdur:
“Hərçənd ki, bu təcrübə faktiki baxımdan hamılıqla qəbul olunub. Məhz 7 fevral seçkilərinə AŞPA-nın dəvət edilməməsinin rasional səbəblərini görə bilməsəm də (İ.Əliyevin bu seçkilərdən həqiqətən qalib çıxacağına az adam şübhə edir), belə dəvətin olmaması Azərbaycan nümayəndə heyətinin mandatını tanımaqdan imtinaya hüquqi əsas vermir.
Başqa tərəfdən, siyasi mənsubiyyətinə və baxışlarına görə həbs olunmuş çoxsaylı şəxslərin, habelə jurnalistlərin hətta ictimaiyyət üçün əsaslı görünməyən həbslər formal əsas kimi götürülə bilər.
Fikrimcə, bu hadisənin arxasında həm Fransanın, həm də Rusiya şəbəkəsinin qulaqları görünür.
AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətini tanımamaq haqqında qərarı üçdə iki səs çoxluğu ilə qəbul edə bilər”.
Gununsesi.info