AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir Azərbaycanda hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin direktoru Anar Məmmədlinin səhhətindən narahatdır.
Gununsesi.info -nun xəbərinə görə, bu barədə AŞPA rəsmisi özünün sosial şəbəkə hesabında yazıb.
“Anar Məmmədlinin səhhətinin pisləşməsi və lazımi tibbi müalicə almaması ilə bağlı xəbərlər məni narahat edir. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi kimi mən, Azərbaycan hakimiyyət orqanlarını dərhal onun lazımi tibbi yardıma çıxışını təmin etməyə və ona qarşı işə yenidən baxmağa çağırıram”.
Qeyd edək ki, Anar Məmmədli “Abzasmedia” İşi üzrə həbs edilib.
Afət
Gununsesi.info