AŞ PA Prezidenti Azərbaycanı əməliyyatları dayandırmağa çağırdı - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Tini Kox Azərbaycanın Qarabağda keçirdiyi anti-terror əməliyyatları barədə bəyanat yayıb.

Qurumun ofisindən Gununsesi.info-ya göndərilən bəyanatla deyilir:

“Azərbaycan hökumətinin Dağlıq Qarabağda yeni və aqressiv hərbi əməliyyata başlamaq qərarı məni dərindən sarsıtdı. Bu, bir neçə saat ərzində dinc sakinlər arasında itki və ölümlə nəticələndi. Mən bu hərəkətləri qətiyyətlə pisləyirəm və çağırış edirəm. Azərbaycan hökumətinə atəşi dərhal dayandırmağa çağırıb. Aylardır ki, biz Laçın dəhlizinin blokadaya alınması ilə əlaqədar rayonda sürətlə pisləşən humanitar vəziyyətə son qoyulmasının şahidi oluruq və çağırırıq.

Dağlıq Qarabağa humanitar yüklərin daşınması ilə bağlı vəziyyətin yaxşılaşdığı və ümid işığının yarandığı bir vaxtda Azərbaycanın bu güc nümayişinə başlamaq qərarına gəlməsi ağlasığmazdır. Bu, şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq perspektivlərinə böyük zərbə vurur. Aydındır ki, Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə, dialoq və birmənalı xoşməramlılıq siqnalları ilə və qüvvədə olan beynəlxalq hüquq əsasında, orada yaşayan hər kəsin insan hüquqlarına tam hörmət edilməklə həll edilə bilər”.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə AŞ PA prezidentinin bu açıqlamasının başadüşülən olmadığını deyib:

“Terrorla mübarizədə güzəşt olmamalıdır. Cənab Tini Kox belə bir ölkə göstərə bilərmi ki, ərazisində terror aktı törədən qruplara güzəşt edir. Ermənistan Prezidenti Paşinyan belə dünən bəyan etdi ki, Ermənistan- Azərbaycan sərhədində sabitlitlikdir. Bu fakt onu göstərir ki, Azərbaycan başqa ölkələrin ərazisində hər hansı əməliyyat keçirmir. Ona görə də hesab edirəm ki, bu cür bəyanatlar yersizdir”.

 

 

Elmar

Gununsesi.info