AŞ PA prezidenti Gürcüstan hökumətinə səsləndi - BU QANUNU GERİ ÇAĞIRIN

  • By admin
  • 17 Aprel 2024 17:34

Gürcüstan parlamentinin “Xarici agent haqqında” qanunu qəbul etmək istəyi Avropa Şurasında narazılığa səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, AŞ PA -nın yeni prezidenti Teodoros Rusopulos Gürcüstan hökumətini  qanun layihəsinin Avropa Şurasının standartlarına uyğunluğu ilə bağlı təcili rəy tələb edib:  “Keçən il geri çəkilməsini böyük məmnuniyyətlə qarşıladığımız bu qanun layihəsinin yenidən gündəmə gətirilməsi dərin narahatlıq doğurur. Bu qanun ilk dəfə təqdim ediləndə dediklərimiz bu təklif üçün qüvvədə qalır.Qanun layihəsinin Avropa demokratik qanunlarına uyğunluğu ilə bağlı ciddi suallar var. Buna görə də biz hakimiyyəti bu layihəni parlamentin gündəliyindən çıxarmağa çağırırıq”.

Pərviz Həşimli

Gununsesi.info