AŞ PA qarşısında Dilqəmlə Şahbaza azadlıq tələb edildi

  • By admin
  • 03 Oktyabr 2019 15:28

Bu gün iki azərbaycanlı gənc -Cavid Zeynalov və blogger Mehman Hüseynov Avropa Şurası Parlament Assambleyası qarşısında Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirib.

Gununsesi.org-un xəbərinə görə, aksiya AŞ PA üzvlərinin marağına səbəb olub.
Belə ki, sessiyaya daxil olan parlamentarilər kənardan aksiyanı seyr edib.

Qeyd edək ki, aksiyanın keçiriləcəyi barədə elan Polşa azərbaycanlıları tərəfindən verilmişdi.

Gununsesi.org