AŞ PA “Tərtər İşi”ni araşdıracaq - MƏRUZƏÇİ TƏYİN OLUNACAQ

  • By admin
  • 04 Oktyabr 2021 00:11

Avropa Şurası Parlament Assambleyasının Hüquq və Qanunun Aliliyi Komitəsi mediada şərti olaraq “Tərtər İşi” adlandırılan çoxsaylı hərbçinin həbsi və onlara işgəncələr verilməsi barədə qətnamə layihəsi qəbul edəcək.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasındakı mənbələrdən bildirilib.

Məlumata görə, bir qrup AŞ PA üzvünün təşəbbüsü ilə gündəmə gələn bu məsələ ilə bağlı qətnamə hazırlanması üçün məruzəçi də təyin ediləcək.

Qeyd edək ki,  “Tərtər cinayətləri” ilə bağlı əsas məsul şəxslərin cəzalandırılmaması cəmiyyətdə narazılıqla qarşılanıb.

Onu da vurğulayaq ki, ağır işgəncələr nəticəsində həyatını itirən hərnçilərin bir çoxu sonradan bəraət alıb.

 

Gununsesi.info