“Asan həll yoxdur, düyün çox dolaşıqdır” - PUTİN

  • By admin
  • 29 Oktyabr 2020 18:28

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi barədə fikirlərini bildirib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, o, münaqişənin nizamlanmasının çətinliklərindən danışıb.

“Hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çox dolaşıqdır. Bizim mövqeyimiz aydındır, Azərbaycana 5 və sonra 2 rayon qaytarılmalı, Qarabağda müəyyən rejimli zonalar yaradılmalıdır” – deyə cavab verib.

Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq. Prezidentin fikrincə, 80-ci illərin sonunda münaqişə alovlanmağa başlayanda Sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün kifayət qədər tədbir görməyib.

Xatırladaq ki, Putin “İrəli, Rusiya” forumunda çıxışı zamanı məsələyə toxunub.