“ASAN İMZA” mükafata layiq görülüb

  • By admin
  • 10 May 2017 10:30

Asan Imza mobileGov 02

“Asan İmza” Gələcəyin elektron hökuməti layihəsinə və vətəndaşlar üçün xidmətlərin genişləndirilməsinə verdiyi töhfəyə görə nüfuzlu Global mobileGov Awards 2017 mükafatına layiq görülüb.

Gununsesi.info-ya “ASAN”dan verilən məlumata görə, İngiltərənin Brayton şəhərində qlobal mobGov World Summit konfransı keçirilib. Bu konfrans ənənəvi olaraq mobil dövlət xidmətlərinin tətbiqi ilə bağlı son dövrlərin nailiyyətlərinin, həmçinin çağrışlarının müzakirəsi və mübadiləsi üçün ənənəvi olaraq mobil sənayenin peşəkarlarını, dövlət sektorunun nüməyəndələrini, EİB və akademik dairələrini toplayır.

Dövlət sektoru üçün yeni və innovativ xidmətlərin və ya həllərin daha effektli olduğu ölkələrin dövlət sektorunun yüksək vəzifəli nümayəndələri bu sektorda mobil texnologiyaların istifadəsi, informasiya təhlükəsizliyi, əşyaların İnterneti sisteminin qurulması, istifadə olunan innovasiyalarda süni intellektin inkişafı sahəsində öz təcrübələri və çıxardıqları nəticələri bölüşüblər.

“Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.est Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpen “mobileGov World Summit” kürsüsündən  çıxış edib.  O bildirib ki, “Mobil ID – gələcək nəsil Elektron Hökumət üçün Sizin mobil pasportunuzdur” məruzəsinin əsas mövzusu Sammitdə “Made in Azerbaijan” brendi altında təqdim olunan “Asan İmza” texnologiyası olub.

Mobil identitet və imza xidməti olan “Asan İmza” dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz girişi təmin edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Gələcəkdə iqtisadiyyatın bütün sahələrində əvəzolunmaz alət olan “Asan İmza” PKI (Açıq Açar İnfrastrukturuna) əsaslanaraq Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununa uyğun olaraq əl imzasına bərabər tutulur.

Həllin mobilliliyi və istifadədə asanlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes nümayəndələri arasında artan populyarlıq qazanaraq, mobil hökumətin açar komponentlərindən sayılır. Qeyd olunub ki, hal-hazırda 500-dən çox dövlət və özəl sektorun elektron xidmətlərində “Asan İmza” istifadə olunur. “Asan İmza” müxtəlif dövlət və özəl sektorun çağrı mərkəzlərinə (Call Centre) inteqrasiya olunub.

Bu gün “Asan İmza” mobil elektron imzanın köməyilə elektron vergi bəyannamələrinin verilişi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. Eyni zamanda “Asan İmza” İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsi hesab edilir. Bundan əlavə xanım Yana Krimpe Sammit nümayəndələrini innovativ Azərbaycanın digər, məsələn, ölkədə “Made in Azerbaijan” adı alan “Asan İmza”nın Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Azexport.az portalına inteqrasiyası da daxil olmaqla digər nailiyyətləri ilə də tanış edib. Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale və All.biz. kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.

O da qeyd olunub ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.

“MobileGov World Summit” konfransının nəticələrinə görə Global mobileGov Awards-ın münsiflər heyəti müsabiqə layihələrini onların innovativliyi, effektliliyi və digər parametrlərinə görə qiymətləndirib.

Xatırladaq ki, B.EST Solutions şirkətinin operatoru olduğu mobil identitet və elektron imza olan “Asan İmza” Azərbaycan texnologiyasının dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz girişi təmin edilməsinin inkişafı sahəsindəki innovativliyinə görə nüfuzlu «Runners for the Global mobileGov Awards» mükafatına namizədliyi irəli sürülüb.

İnnovasiya sənayesinin liderləri hesab edilən Cənubi Koreya (Dövlət Dəstəyinin Mobil Mərkəzi), Malayziya (JPA4U Mobile), BƏƏ (Rəqəmsal İnnovasiyalar Mərkəzi), Hindistan (Mobil Dövlət İdarəetməsi üzrə təşəbbüs), Türkiyə (Bələdiyyələr üçün Müəssisələrin Mobillilik Dərəcəsi), Rusiya (Kompleks Tibbi İnformasiya-Analitik Sistemi) kimi ölkələr tərəfindən bu sahədə reallaşdırılan həllər digər nominantlar sırasına daxil olub. Beynəlxalq münsiflər heyətinin qiymətləndirmələrinə görə, “Asan İmza” bu nüfuzli mükafata layiq görülüb.

“Biz gələcəyin mobil elektron hökumətinin qurulması sahəsindəki qabaqcıl dünya innovatorları tərəfindən qəbul edildiyimizə görə çox xoşbəxtik! Bu, bizim məhsulun üstünlüyünə və keyfiyyətinə verilən ən yüksək qiymətdir. İnnovasiyalar üzrə qabaqcıl ölkələrlə yanaşı olaraq Global mobileGov Awards 2017 kimi nüfuzlu mükafatın qalibi olmaq, bizim komanda üçün böyük qalibiyyətdir. Bu qalibiyyət növbəti dəfə sübut edir ki, Azərbaycanın innovasiyaları keyfiyyətin dünya standartlarına cavab verir və böyük ixrac potensialına malikdir. Bu, eyni zamanda “Asan İmza” komandasının və bizim partnyorlarımızla birlikdə həyata keçirilən işin yüksək peşəkarlığına verilən layiqli qiymətdir ki, partnyorlarımız arasında həm dövlət, həm də özəl şirkətlər vardır. “Asan İmza”nın uğuru Azərbaycanın bir sıra nazirliklərinin, eləcə də telekommunikasiya və maliyyə sektorlarının birgə innovativ təşəbbüsü olmadan mümkün olmazdı”-, deyə Y.Krimpe mükafatlandırma mərasimində qeyd edib.

Gülnaz Qənbərli

Gununsesi.info