
Azərbaycanda “ASAN Visa” xidməti noyabrda işə başlayacaq.
Gununsesi.info bildirir ki, bu barədə Pezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya orqanlarının rəhbərləri Şurasının XIX iclasında deyib.
O, qeyd edib ki, bu, Azərbaycana gələrkən viza alınması prosesinin rahatlığını əhəmiyyətli dərəcədə yüksəldəcək: “Azərbaycan tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir”.
Gununsesi.info