

“ASAN Xidmət” Azərbaycanın və ölkə başçısı İlham Əliyevin brendidir.
Bu fikri Gununsesi.info-ya millət vəkili Vahid Əhmədov Azərbaycan prezidenti İlham Əliyevin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.
Onun sözlərinə görə, “ASAN Xidmət” fəaliyyətə başladğ müddətdə çox effettiv fəaliyyət göstərib və ictimaiyyət arasında etibar qazanıb. “ASAN Xidmət” bu müddət ərzində xeyli iş görüb. Məhz bunun nəticəsində bir çox sahədə hökm sürən rüşəvətxorluğa son qoyulub. Bir sıra ciddi problemlər aradan qalxıb. Necə deyərlər, neqativ halların qarşısı xeyli alınıb”- deyə, deputat vurğulayıb.
V.Əhmədov deyib ki, ölkə başçısı bu günlərdə Masallıda “ASAN Xidmət”-in yeni mərkəzinin aılışında iştirak etdi: “Gələn il Qubada da “ASAN Xidmət”-in regional mərkəzinin tikintisinə başlanacaq. Hesab edirəm ki, vaxt gələcək ümumiyyətlə Azərbaycanın bütün rayonlarında “ASAN Xidməti”-in mərkəzləri fəaliyyət göstərəcək. Əminəm ki, bu xidmət vasitəsi ilə idarəetmədə neqativ halların qarşısını almaq mümkün olacaq. Hesab edirəm ki, bundan sonra da “ASAN Xidmət” bir sıra məsələləri öz üzərinə götürəcək və bu çox vacibdir. Deyərdim ki, “ASAN Xidmət” ölkədə elektron hökumətə keçid prosesinin daha da sürətləndirəcək”.
Millət vəkili deyib ki, necə xalq razıdırsa, onlar da bu qurumun xidmətlərindən razılıqla istifadə edirlər. “Biz də müəyyən müraciətlər edirik və xidmətin fəaliyyətindən çox razıyıq. Heç bir problem yoxdur. Ancaq bu xidmətin fəaliyyətinin daha da çevik formada həyata keçirilməsi üçün müəyyən işlər görülməlidir və buna ehtiyac var. Azərbaycan prezidentinin “ASAN Xidmət”-in fəaliyyətinin səmərəlilyinin artrılması ilə bağlı imzaladığı sərəncam da buna xidmət edir. Ölkə başçısı tərəfindən ayrılan bu vəsait “ASAN Xidmət”-də çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələcək. Ona görə ki, “ASAN Xidmət”-in əməkdaşları digər qurumlardan fərqli olara istirahət və bayram günləri də çalışır. Onların sosial vəziyyətini yaxşılaşdrmaqla orada çalışan əməkdaşları və könüllüləri stimullaşdırmaq lazımdır.
Bununla yanaşı qurumun fəaliyyətini təkmilləşdirmək üçün yeni avadanlıqların alınmasına ehtiyac var və bu vəsaitin müəyyən qismi də yeni avadanlıqların alınmasına yönələcək”- deyə, o vurğulayıb.
Millət vəkili hesab edir ki, gələcəkdə “ASAN Xidmət”-in fəaliyyət dairəsinin genişləndirilməsiə böyük ehtiyac var: “Odur ki, son olaraq demək istərdim ki, “ASAN Xidmət” Azərbaycanın və ölkə başçısı İlham Əliyevin brendidir”.
Mürtəza
Gununsesi.info