
“ASAN Xidmət” əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
Gununsesi.org bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:
“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.
Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 “ASAN Xidmət” mərkəzi, 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.
Gununsesi.org