Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

19 Avqust 2016 - 11:17

“ASAN Xidmət”lə Koreya arasında memorandum imzalanıb

asan

Azərbaycanda “Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikası Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.
Gununsesi.info xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnam Kərimov və Koreyanın daxili işlər naziri Honq Yunq-Sık imzalayıblar.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında İ. Kərimov bildirib ki, memorandumun məqsədi bu sahədə əməkdaşlığı daha da səmərəli etməkdir.
O qeyd edib ki, hər iki dövlətdə vətəndaşlara göstərilən xidmətin daha təkmil olması üçün bu sahədə əməkdaşlığın qurulması zəruridir.
Koreyalı nazir isə bildirib ki, hər iki ölkə elektron hökumət sahəsində təcrübəni paylaşmalı, bununla da, əhaliyə daha yüksək elektron xidmət göstərilməlidir. Nazir deyib ki, Anlaşma Memorandumu elektron hökumət və dövlət idarəçiliyi sahəsində sıx əməkdaşlığın təməlini qoyub.

Gununsesi.info