ASAN Xidmətin fəaliyyəti iflic olub? – ELEKTRON XİDMƏTLƏRDƏ ƏNGƏLLƏR VƏTƏNDAŞLARDA NARAZILIQ YARADIB

  • By admin
  • 14 Dekabr 2020 12:09

Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və İnnovasoyalar Agentliyinin fəaliyyəti ilə bağlı vətəndaş narazılıqları artmaqdadır.

 

Gununsesi.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda vətəndaşlar ASAN Xidmət Mərkəzlərində online qeydiyyata düşə bilməmələri, habelə, Xidmətin 108 Çağrı Mərkəzinin vətəndaşların zənglərini cavabsız qoyduğu iddia olunur. Məlumatlarda vətəndaşların etdiyi şikayətlərində o da qeyd edilir ki, icaze.e-gov.az portalı yeni VÖEN-ləri tanımır və sistem onları qəbul etməkdən imtina edir.

Bundan başqa, Xidmətin “Asan Növbə” adlı səhifəsi müraciətləri qeydə almır. Online növbə üçün müraciət edən vətəndaşlara konkret saatda cəhd etmələri tövsiyyə olunur. Elan edilən saatda növbə götürmək istəyənin bu cəhdi də uğursuz olur və gələn mesajda həmin gün üçün növbə limitinin dolduğu deyilir.

Qeyd edək ki, bu çətinliyi paytaxt sakinləri yaşayır. Hətta insanlar ASAN İmza sertifkatını almaq üçün Şamaxı, Kürdəmir rayonlarına üz tutur. Vətəndaşlar, həmçinin öz şikayətlərində bir neçə gündür ki, icaze.e-gov.az portalının da çalışmadığını da deyir.

Məsələ ilə bağlı ASAN Xidmətin mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.org