
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinə qarşı növbəti geniş əməliyyatlar başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ankara Baş Prokurorluğunun təlimatı üzrə məhşur “ASELSAN” şirkətinə qarşı FETÖ əməliyyatı keçirilib.
Belə ki, əməliyyat nəticəsində şübhəli şəxs qismində 8 nəfər saxlanılıb. Hazırda saxlanılardan 4-ü “ASELSAN” şirkətində çalışır.
Bundan başqa, əməliyyatlar eyni vaxtda daha bir neçə dövlət və özəl təşkilatlarda da həyata keçirilib və 10 nəfər nəzarətə götürülüb.
Qeyd edək ki, əməliyyatlar terrorçu şəbəkənin istifadə etdiyi “ByLock” internet resursunun istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilib.
Anar
Gununsesi.info