Asim Mollazadə: “Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb”

  • By admin
  • 17 Noyabr 2016 17:30
asimmm
“Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu.”
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili deyib ki, bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb.
“İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu” – deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info