Bir neçə gün qabaq Azərbaycan Prezidentinin iştirakı ilə Azərbaycanın görkəmli saz-söz ustadı olan Dədə Ələsgərin heykəlinin açılış mərasimi keçirildi.
Gununsesi.info Dədə Ələsgərin davamçısı olan Dədə Şəmşirin ona yazdığı şeiri əldə edib.
Həmin şeiri təqdim edirik:
~ ~ ƏLƏSGƏR ~ ~
Böyük tacidarım, kamil sənətkar,
Sənsən mənim pak ustadım, Ələsgər.
Yadımdan çıxarsa yazdığın əşyar,
Qopar o gün qiyamətim, Ələsgər.
Ürəyimdə istək, dahı sən oldun,
Sənətimin qibləgahı sən oldun.
Idrakımın mehri, mahı sən oldun,
Fikrim, zikrim, bir baratım, Ələsgər.
Şəms olub düşmüsən sən dildən-dilə,
Nəğmən pay verilib bağda bülbülə.
Xəzinə anbarın baqidir hələ,
Açılıb bazarın “satım”, Ələsgər.
Röyada dərs dedin, öyrətdin məni,
Pak saxladın eşqi, nəfsi, bədəni.
Farasət möcüzü sanıram səni,
Haqdı ki, var etiqadım Ələsgər.
Sən mənə səadət, barat vermisən,
Şəmşirin qəlbinə qanad vermisən.
Zərrin irəxtili Qırat vermisən,
Durur sən verdiyin atın, Ələsgər.