Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti xeyriyyə tədbirini keçirib

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti xeyriyyə tədbirini keçirib

asiqp (3)

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Uşaq və Yeniyetmələrdə Yaradıcı Düşüncə Tərzinin Düzgün Formalaşdırılması və İnkişaf Etdirilməsi ilə bağlı növbəti tədbirini keçirib. Gununsesi.info-ya layihə rəhbəri Həbib Misirov qeyd edib ki, layihənin əsas məqsədi istedadlı uşaqları axtarıb tapmaq, onlara dəstək olamaqdır: “Bu 3-cü tədbirimizdir. Əsas məqsədimiz uşaqları pis vərdişlərdən çəkindirmək, onların gələcəklə bağlı planlarına yardım etmək, istedadlı uşaqlara, yeniyetmələrə düzgün istiqamət verməkdir. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi hər zaman istedadlı gənclərə kömək əlini üzadıb bundan sonra da belə olacaq”. Əməkdar jurnalist, şair Adil Cəmil layihənin əhəmiyyətindən söz açaraq bildirib ki, gələcəyimiz, məhz, bu gənc və yaradıcı uşaqların əlindədir. İran İslam Aşıqlar Birliyinin sədri ölkəmizdə qonaq olan Səlcuq Şahbazi isə öz çıxışında qeyd edib ki, İranda “Aşıq Şəmşir” Mədəniyyət Ocaqı İctimai Birliyinin tədirini keçirib: “Tədbiri keçirməkdə əsas məqsədimiz mədəniyyətimizi və irsimizi təbliğ etməkdir. Şadam ki, burada istedadlı uşaqlara da yer verirsiniz, onların istedlarının üzə çıxmasında dəstək olursunuz”. “Bizim yeganə milli mirasımız sazdır, ancaq balaban sənətinə meyil yoxdur, balabanda millilik var. Biz istedadlı uşaqlarımıza daima dəstək olub onlara yardım etməliyik”- əməkdar mədəniyyət işçisi Aşıq Sərdar çıxışında belə deyib. Onun sözlərinə görə, 80- cı illərdə Kəlbəcərdə “Qurban bulağı” dərnəyi yaradılmışdı. Orada da isdedadlı gənclərə, uşaqlara dəstək göstərilirdi. Şadam ki, indi bu ənənəni “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi həyata keçirir. Aşıq sənəti şərəflidir, onu şərəflə təqdim etmək lazımdır. İstedadlı uşaqları görəndə gələcəyimizə inanıram onların istedadları qarşısında baş əyirəm. Aşıq Ədalət Dəlidağlı istedadlı uşaqlara uğurlar arzuladı. Daha sonra istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdirdilər. Tədbir iştirakçılarından Elvin Sülüymanovun tarda ifası, “Turacı” milli rəqsi ilə çıxış edən 10 yaşlı Ağabalayeva Səma tamaşaçıların alqışıyla qarşılanıb. 13 yaşlı Ələkbərli Gülşənin şeiri isə diqqətlə dinlənilib. İncəli Mehdi və Elmir Sadıqov sazda öz məharətlərini göstəriblər. Tədbirin yaşca ən kiçik iştirakçısı olan 6 yaşlı Məmmədova Zəhra kanonda ifa edib. Vaqif Hüseynov və Əli Əlizadənin təqdimatında muğam səsləndirilib. Tədbirin sonunda isə istedadlı uşaqlara diplomlar təqdim edilib.

asiqp (1)Asiq (6)Asiq (3)Asiq (1)Asiq (2)Asiq (4)

Gununsesi.info

 

COMMENTS