“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “Xocalını unutmayaq” adlı tədbir keçirdi - FOTOLAR

  • By admin
  • 24 Fevral 2017 09:42

 xocali-samsir-1

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Kəlbəcər rayonunun Binəqədidəki 18 saylı orta məktəbdə təhsil alan şagirdlərinin Xocalı faciəsi əlaqədar məlumatlandırılması məqsədilə növbəti tədbir keçirib.

Gununsesi.info-nun xəbərinə görə, tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir:

“Xocalı faciəsinə ilk siyası qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra qiymət verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təçavüzkar dövlət kimi qəbul edir. Məhz cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir necə xarici dövlətin qanunvericilik orqanı Xocalı soyqırımı haqqında siyasi-hüquqi qərar qəbul ediblər.

Xocalı faciəsinin dünayaya tanıdılmasında Azərbaycanın birinçi vitse-prezidenti, ölkəmizin birinçi xanımı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində artıq dünya ictimaiyyəti ermənilərin Xocalıda törədikləri soyqırımı barədə dolğun məlumatlandırılıb”.

Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş səhnəçiklər göstərib və şeirlər səsləndiriblər.

xocali-samsir

Gununsesi.info