“Aşıq Şəmşir” Mədəniyyət ocağında Heydər Əliyev yad edilib- FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət ocağında Heydər Əliyev yad edilib

“Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.

Gununsesi.info xəbər verir ki, ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə   “Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyinin təşkilatcılığı ilə 23 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzində olublar.

“Aşıq Şəmşir” Məədniyyət ocağı ictimai birliyinin sədr müavini Həbib Misirovun bildirdi ki, mütəmadi olaraq Ulu öndər Heydər Əliyevin zəngin ürsinin öyrənilməsi və gənç nəsilə aşlanılması istiqamətində tədbirlər təşkil edirik. Növbəti belə tədbirlərdən biri də, Bakı şəhəridnə fəaliyyət göstərən 23 saylı Kəlbəcər rayon orta məktəblərinin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ziyarətin təşkil etdik.   Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin, Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Daha sonra ziyarətçilər Heydər Əliyev Muzeyinə baxdılar. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Gununsesi.info

COMMENTS