Aşıq Zülfiyyənin restoranı bağlandı

Aşıq Zülfiyyə İbadovanın restoranı bağlanıb. 

Gununsesi.info xəbər verir ki, ifaçı bu haqda “Günaydın, Azərbaycan” proqramında deyib. O bildirib ki, yay mövsümü yaxınlaşdığı üçün məkanı bağlamaq qərarına gəlib:

“Qapalı yerdir, ona görə də tətilə yollandıq. Bir də sentyabrda açacağam”.

Qeyd edək ki, Zülfiyyənin oğlu Babək Quluzadə bir neçə gün əvvəl açıqlamasında restoranlarında bir məşhura görə dava düşdüyünü demişdi.

 

Gununsesi.info