“Aşıqlar” qrupunun rəhbəri Elxan Şıxəliyev açıqlamaları ilə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, “Günaylı gün” verilişinə qonaq olan sənətçi qrup üzvlərindən 4 nəfərin vəfat etdiyini deyib.
Bunlar zərb alətlərində ifa edən Rauf Bünyadov, qrupun solisti Rauf Əliyev, qrupun yaradıcılarından olan Muxtar Yahyayev və Eldar Əhmədovdurlar.
Xatırladaq ki, “Aşıqlar” qrupunu 1973-cü ildə yaradılıb. Ona görə adını “Aşıqlar” qrupu qoyulub ki, aşıq özü yazır, özü müşayiət edir, özü oxuyur.