Asiyanın ən böyük filiz ehtiyatı kəşf olunub - FOTO

  • By admin
  • 10 Aprel 2017 14:30

unnamed

Çin Xalq Respublikasının mütəxəssisləri Asiyanın ən böyük manqan filiz yatağını kəşf ediblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Çinin cənub-qərbində Guizhou əyalətində kəşf edilən manqan filizi ehtiyatlarının həcmi təxminən 203 milyon ton, potensial dəyəri isə 100 milyon yuan (təxminən14,50 milyard ABŞ dollar) olduğu bildirilir.

Qeyd edək ki, Çin Mühəndislik Akademiyasının geoloq vəzifəsində çalışan Chen Yuchuan Çinin “Xinhua” xəbər agentliyinə açıqlamasında bildirib ki, yeni kəşf edilən manqan filizi yatağı Çinin ümumi ehtiyatlarının 60 faizini təşkil edir.

Anar
Gununsesi.info