“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi

“Aşk-ı Memnu” serialında canlandırdığı Şayeste obrazı ilə tanınan aktrisa Fatma Karanfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, bir müddətdir xərçəngdən müalicə alan 72 yaşlı aktrisanın ölüm xəbərini meneceri Aslı İslamoğlu yayıb. O bildirib ki, aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Fatma Karanfil Yeşilçam filmlərində də rol alıb.