Aslan İsmayılov 65 yaşının hesabatını belə verdi - VİDEO

  • By admin
  • 23 Fevral 2023 13:27

Azərbaycanın məşhur  hüquqşünaslarından biri, tanınmış ziyalımız Aslan İsmayılov bir neçə gün əvvəl 65 yaşını qeyd edib.

Gununsesi.info-nun xəbərinə görə, Aslan bəy özünün sosial şəbəkə hesabında 65 yaşının hesabatını ifadə edən qeydlərində bir neçə il əvvəl Bakıda saldığı park haqqında danışıb.

Həmin qeydləri təqdim edirik:

 

İnsan özünü dərk edəndən sonra hər an yaşadığı ömrə görə hesabat vermək lazım olduğunu düşünməlidir.
Bu gün tamam olan 65 yaş mənim üçün böyük rəqəmdir. Buna görə Uca Allahıma minnətdaram və bu gün bu yaşıma qədər gördüyüm işlərdən yalnız birini diqqətinizə çatdırıram.
Dövlətim, Vətənim üçün gördüyüm hər bir iş mənim üçün əziz olsa da 2017-ci il May ayında saldığım Parkın mənim həyatımda xüsusi yeri var. Azərbaycanda yaşadığım 34 ilin demək olar ki, hamısı problemlərlə dolu oldu.
Ancaq son 6 il mənim üçün çox ağır oldu və ancaq 2017-ci ildə saldığım Park mənə qarşı olan təqib-təzyiqlərə tab gətirmək imkanı verdi. Hər dəfə o Parka girəndə sanki yenidən doğuldum, yaşamaq eşqim yarandı. Parkla bağlı keçirdiyim hissləri, aldığım pozitiv enerjini sözlə çatdırmaq qeyri-mümkündür. Ona görə bu videonu Sizinlə paylaşıram və inanıram ki, çoxlarınız bu xoşbəxtlikdən dadmaq istəyəcəksiniz.
Xoşbəxtliyin çox sadə düsturu var: Xoşbəxt olmaq istəyirsənsə ətrafına xoşbəxtlik arzula.