“Dmanisidə baş verənlər erməni təxribatıdır” - Aslan İsmayılov- Gürcüstanda yaşayan soydaşlarımıza səsləndi

  • By admin
  • 17 May 2021 14:28

Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılara qarşı kütləvi hücum ölkəmizdə də böyük rezonansa səbəb olub.

Dmanisidə baş verənləri diqqətlə izlədiyini deyən əslən Gürcüstdan olan tanınmış hüquqşünas Aslan İsmayılov hesab edir ki, baş verənlər erməni-rus təxribatıdır: “Mənim buna heç bir şübhəm yoxdur. 2020-ci il Qarabağdakı 44 günlük uğurlarımızı heç kim həzm edə bilmir. Uzun illər onlar bizi saymamışdılar. İndi isə Şanlı Azərbaycan Ordusu Azərbaycanın güclü və özünü qorumağı bacaran Dövlət olduğunu hamıya, xüsusilə region dövlətlərinə göstərdi”.

Gürcüstanlılara səslənən Aslan İsmayılov onları səbrli olmağa çağırıb:

“Hamınızdan xahiş edirəm, heç təxribata uymayın. Nə olursa olsun tam sakitliyə riayyət edin. Əminəm ki, Azərbaycan və Gürcüstan hakimiyyətləri baş verən təxribatı diqqətlə izləyir və lazımı tədbirləri görəcək. İndi isə hamımızdan əsəblərinizi qorumağı və sakitlik yaratmağı xahiş edirəm”.

Gununsesi.info