Aslan İsmayılov məmurları Consondan nümunə götürməyə çağırır

  • By admin
  • 11 Aprel 2022 15:58

Böyük Britaniyanın Baş Naziri Boris Consonun qəfil Kiyevə gəlməsi və həyatını təhlükəyə ataraq, küçədə gəzməsi dünyada böyük marağa səbəb olub.

Tanınmış vəkil Aslan İsmayılov bu fakta diqqət çəkərək, Azərbaycan məmurlarını Consondan nümunə götürməyə çağırıb:

“Conson məmurları dod-alov içində olan Kiyevə gəlib, küçələrə çıxıb vətəndaşlarla söhbətləşib. Bizim Prezident Administrasiyasının, Nazirlər Kabinetinin işçiləri kabinetlərindən çıxıb Bakı vətəndaşları ilə görüşməkdən, onların maddi-mənəvi durumları ilə maraqlanmaqdan qorxurlar. Mən hələ rayonları demirəm”.

Gununsesi.info