Aslı Enverlə Murat Boz ayrıldılar

  • By admin
  • 13 Aprel 2018 20:32

2 il 5 aydır sevgili olan aktrisa Aslı Enverlə müğənni Murat Boz gözlənilmədən ayrılıq qərarı alıb.

Gununsesi.info xəbər verir ki, Aslı ayrılıq qərarından sonra Muradla birgə qaldığı evdən də köçüb. 2016-cı ildə münasibətə başlayan cütlük 2017-ci ilin mayında Bozun qızlarla əyləncəsi üzündən bitsə də, 2 ay sonra yenidən barışmışdılar.

Ailələrini tanış eləyən Aslı ilə Muradın evlənəcəyi gözlənilsə də, ayrılıq qərarları hamı üçün gözlənilməz olub. Tanınmışlar hələ ki, İnstaqram hesablarında da birlikdə çəkilmiş şəkillərini silməyiblər.

Gununsesi.info