Asma körpü açılış zamanı çökdü - Xeyli yaralı var

  • By admin
  • 08 İyun 2022 14:46

Meksikanın Kuernavaka şəhərində asma körpü açılış zamanı dağılıb. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, körpünün bir hissəsi üzərindən insanlar keçən zaman uçub.

Məlumata görə, yeni təmir olunmuş körpünün konstruksiyası qoparkən şəhərin meri və həyat yoldaşı onun üzərində olub. Hadisə zamanı onlar da xəsarət alıblar.

Ümumilikdə xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Gununsesi.info