AŞPA Azərbaycansız natamam bir qurum olacaq - ZEYNEP YILDIZ

  • By ilhame
  • 24 Yanvar 2024 22:35

“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

 

“Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var”, – Z.Yıldız deyib.

 

Gununsesi.info