Referendum öncəsi kampaniya zamanı saxlanılan fəalların hamısının azadlığa buraxılması faktı AŞPA missiyasının yekun hesabatına daxil ediləcək.
Bunu apa-ya açıqlamasında AŞPA-nın Azərbaycandakı referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski deyib.
O bildirib ki, daha əvvəl Azərbaycan Ədliyyə Nazirliyinə referendum öncəsi kampaniya zamanı nə qədər fəalın həbs olunması və neçəsinin azad edilməsi ilə bağlı AŞPA nümayəndə heyətinə dəqiq məlumat verilməsi üçün sorğu göndərib: “Çünki müxtəlif informasiyalar var idi. Ədliyyə Nazirliyinin kampaniya zamanı fəalların həbsi və daha sonra onların hamısının azadlığa buraxılması ilə bağlı məlumatı biz bəyanatımızı elan etdikdən sonra təqdim edildi. Biz bu yubanma üçün təəssüf edirik. Ədliyyə Nazirliyinin rəsmi məlumatında göstərilir ki, fəalların hamısı azadlığa buraxılıb. Biz bu qərarı alqışlayırıq və qeyd edirik ki, bu, çox müsbət irəliləyişdir. Bu fakt AŞPA missiyasının yekun hesabatına daxil ediləcək”.
Gununsesi.info