AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək

  • By admin
  • 22 Noyabr 2016 21:10

Sahiba Gafarova

Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

Milli Məclisin (MM) mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Azərbaycan parlamentinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək.

Tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaq.

Gununsesi.info