AŞPA həmməruzəçiləri siyasi məhbus ailələri ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycana səfərləri çərçivəsində bir qrup siyasi məhbus ailəsi ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya açıqlama verən siyasi məhbus Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova bildirib ki, onunla görüşdə həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova da iştirak edib:

“Biz həyat yoldaşlarımızın həbsinin qanunsuz olması barədə sübutları AŞPA həmməruzəçilərinə çatdırdıq.

Onlar bizi diqqətlə dinlədilər və bildirdilər ki, hər iki şəxsin məsələsi Avropa Şurasının diqqətində saxlanılacaq”.

Gununsesi.info