Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinqi komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennakın Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb.
Gununsesi.org xəbər verir ki, bunu Ştefan Şennak ONA-nın sualını cavablandırarkən deyib.
“Azərbaycana səfərin dəqiq tarixi bilinmir. Çünki digər həmməruzəçi Rocer Geyl “Brexit”lə bağlı Böyük Britaniya parlamentində olmalıdır. Əgər “Brexit” olmasa idi, biz bir ay öncə Azərbaycana gəlməli idik. Hazırda ona görə dəqiq tarixi deyə bilmirəm. Ancaq Britaniyada “Brexit” üzrə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, yaydan öncə Azərbaycanda olacağıq”