Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda iyunun 15-də Azərbaycana gələcəklər.
Gununsesi.info xəbər verir ki, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.
Xatırladaq ki, AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub. (APA)