AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı AÇIQLANDI

  • By admin
  • 07 Yanvar 2017 09:20

aspaa

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə  AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Səfər yanvarın 14-də yekunlaşacaq.

Gununsesi.info